Nə üçün veb saytınız olmalıdır? Günümüz şərtlərində, biznesiniz üçün davamlı gəlir və qalıcı müvəffəqiyyət əldə etməyin yolu veb sayt sahibi olmaqdır. Biz, tətbiq etdiyimiz müasir texnologiyaların imkanları sayəsində, funksionallıq və keyfiyyət nöqteyi nəzərdən tələblərinizə cavab verən, istənilən mürəkkəblik dərəcəsində olan sayt və portallar üçün bir neçə növ veb həllər təklif edirik. Saytın hazırlanma prosesi ilkin növbədə fəaliyyət növünüzə uyğun məlumatların toplanmasından başlayır. Bu məlumatlara fəaliyyət növünüzə aid kiçik informasiyalar daxildir. Bu informasiyalar əsasında ümumi məlumat hazırlanır. Həmçinin ağlınızda mövcud bir sayt şablonu mövcuddursa biz həmin şablona uyğun davrana bilərik. Həmçinin saytın hansı adda və domen adında fəaliyyət göstərəcəyi, sayta uyğun hostinqin alınması kimi mövzular da müzakirə olunur. Daha sonra isə bu məlumatlar əsasında ümumi plan cızılır və saytın hazırlanmasına başlanılır.

Saytınızın hazırlanmasına başlamazdan əvvəl yuxarıda yazılanlardan əlavə digər bir vacib seçim müzakirə olunur. Saytınız sıfırdan və ya mövcud sistemlər əsasında hazırlana bilər.

Büdcəniz yüksəkdirsə saytınızın sıfırdan hazırlanması üçün müraciət edə bilərsiniz. Bu zaman saytınız özünə məxsus quruluşu və sizə uyğun, istədiyiniz tərzdə idarəetmə panelinin olması, digər saytlara nəzərən daha təhlükəsiz olmağı ilə seçiləcək.  Həmçinin bu zaman sizin hər bir fikrinizi nəzərə alacağıq və nəticə tam könlünüzcə olacaqdır.

İkinci seçim zamanı isə saytınız daha qısa müddətdə ərsəyə gəlir. İstədiyiniz dizaynı fikriniz əsasında seçirik və üzərində müəyyən dəyişikliklər olunur. Bu zaman da nəticə tam könlünüzcə olur. Həmçinin saytın illik xərclərinin daha az olduğunu nəzərə alsaq bu seçim aşağı büdcələr üçün ideal hesab oluna bilər.

Hər iki seçimdə sizin tələbatınız tam ödənilir. Seçimlər sadəcə sizin büdcənizdən asılıdır.