Proqram təminatının hazırlanması əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu istiqamət üzrə dövlət və özəl qurumlar üçün, iş məhsuldarlığını artırmaq və iş prosesini sürətləndirmək məqsədilə, istifadəçinin iş səmərəliliyini rəhbər tutaraq, müxtəlif platforma və proqramlaşdırma dillərində hər növ web/desktop/mobil tətbiqetmələr tərəfimizdən hazırlanır. Müssisənizdə iş bölgüsü tamamilə  şaxələnibdirsə hansı sahənin və ya ümumiyyətlə bütün sahələrin elektronlaşdırılması qərarlaşdırılır. Bu proseslər müəssisənizdə aparılır və sizə məxsus olan proqram təminatının yazılması sizin də istəklərinizi nəzərə almaqla həyata keçirilir. Bu xidmətlərə 1 il ərzində texniki dəstək də daxildir.

Veb tətbiqetmələr şirkətiniz və yaxud qürumunuz üçün işləri asanlaşdırmaq, görülən işləri elektronlaşdırmaq, sənədlərin istifadəsini sıfıra endirmək məqsədiylə hazırlanır. Hazırlandıqdan sonra şirkətiniz və yaxud qürumunuzun şəxsi heyyətinə tətbiqetmənin istifadəsi üçün təlimlər keçirilir.

Desktop tətbiqetmələr də veb tətbiqetmələr ilə eyni məqsədlə hazırlanır. Lakin, desktop tətbiqetmələrin veb tətbiqetmələrdən fərqi ondadır ki, əməliyyatlar veb brauzer vasitəsilə deyil ayrıca bir proqramdan həyata keçirilir. Əsasən işlətdiyiniz əməliyyat sisteminə öyrəşmiş olursunuz və pəncərə tipli proqram təminatlarına alışmaq daha asan olur. Nəzərə alın ki, hazırladığımız desktop tətbiqetmələr sadəcə Windows deyil, həmçinin Mac və Linux əməliyyat sistemləri əsasında qurulur.

Mobil tətbiqetmələr isə şirkət və ya qürumunuz üçün istifadəçilərin rahat məlumat əldə etməsi və bir sıra əməliyyatları elektron şəkildə həyata keçirməyinə kömək etməsi məqsədiylə hazırlanır. Hal-hazırda komandamız tərəfindən Android və IOS tətbiqetmələr  hazırlanır.