Məlumat itkisi əsas etibarilə əməliyyat sistemləri və ya proqram təminatında olan boşluqlar və məlumatsızlıq səbəbilə yarana bilir. Müəssisənizdə istifadə olunan kompyuterlərin müxtəlif tipli viruslara yoluxması məlumat itkisinə gətirib çıxara bilər. Biz  informasiya təhlükəsizliyinin qorunmasını  proqram və fiziki səviyyədə təmin edirik. Müəssisənizə məxsus həssas məlumatların təhlükəsizliyinin təmin olunması və mövcud risklərin aradan qaldırılması üçün lisenziyalı, yəni daim dəstəklənən proqram təminatından istifadə edirik. Eyni zamanda mövcud sisteminizdəki faylların nüsxəsinin çıxarılması, saxlanılması və lazım gəldikdə bərpası təmin olunur.

Lisenziyalı antivirus proqram təminatının alınması və toplu şəkildə quraşdırılması üçün bizə müraciət edə bilərsiniz. Bu zaman biz sizə dünyaca məşhur firmaların istehsalı olan antivirus proqramlarını təklif edirik. Bu proqram təminatlarından hansının seçilməsi büdcəniz əsasında təyin olunur. Nəzərə alın ki, lisenziyasız antiviruslara nəzərən lisenziyalı antiviruslar kompyuterlərin təhlükəsizliyini tam təmin edir.

Avtomatlaşdırılmış backup sistemi vasitəsilə müəssisədəki kompyuterlərin həssas fayllarının tam qorunması təmin olunur. Müəssisənizdəki hər bir kompyuterə quraşdıracağımız xüsusi proqram təminatı vasitəsilə sizin həssas fayllarınız gündəlik olaraq şəbəkəyə qoşulmuş mərkəzi bir kompyuterdə toplanacaq. İstənilən bir problem zamanı isə həmin həssas faylların qaytarılması mümkün olacaq. Bu isə məlumat itkisini sıfıra endirəcək və informasiya təhlükəsizliyini tam təmin etmiş olacaqdır.