İT infrastrukturu müəssisənin İT mühitinin mövcudluğu, istismarı və idarə olunması üçün lazım olan  avadanlıq, proqram təminatı, şəbəkə resursları və xidmətləri əks etdirir. Bizim bu sahədəki missiyamız, istənilən müəssisə və ya müştərinin şəxsi biznesindəki effektiv və fasiləsiz fəaliyyətini təmin etmək üçün tələb olunan sistemin qurulmasından ibarətdir.
NakhITsolution sizə proqram və texniki həllər üçün aşağıdakı xidmətləri təklif edir:

Müəssisə və şəxsi komputeriniz üçün proqram və texniki həllər: əməliyyat sisteminin yüklənməsi (format), proqram təminatının yüklənməsi, silinmiş faylların bərpası, lisenziyalı antivirus proqramlarının yüklənilməsi, hard disklərin və digər texniki hissələrin bərpası və s. Əgər komputerinizdə hər hansı bir texniki nasazlıq və ya təmirə ehtiyac yaranıbsa, tam əminliklə bizə etimad göstərə bilərsiniz. Biz komputerinizi qısa müddət ərzində diaqnostika edərək yaranmış problemi sizə bildiririk və təmir proseduru və xərclərlə bağlı sizə məlumat veririk. Əgər təklif etdiyimiz həll sizin üçün uyğundursa, bu zaman işin icrasına başlayırıq.

Şəbəkə: Müəssisə daxili lokal internet şəbəkəsinin qurulması, komputerlər arası məlumat mübadiləsinin təşkili, mərkəzi komputerdən idarə olunan sistemin yaradılması, ADSL modemlərin sazlanması və s. xidmətlər üçün bizə müraciət edə bilərsiniz.

IP kamera-müşahidə sistemləri: Bu sistem ev və ya müəssisənizə kənardan müşahidə  və təhlükəsizliyinin təminatı üçün nəzərdə tutulan sistemdir. Tətbiq olunacaq kameranın modelindən və funksionallığından asılı olaraq, istəyinizə uyğun xidmət təklif edirik.

Proqram həllər: Müəssisə resurslarının planlaşdırılması (ERP), müştəri əlaqələrinin idarə edilməsi (CRM), məhsuldarlıq proqramları və daha çox

Mobil həllər: Android tipli smartfonlarınız üçün müxtəlif android versiyalarının yüklənilməsi, sistem dəyişiklikləri (root, ROM və s.), istəyinizə uyğun proqram təminatının yazılması, android və İOS üçün hər növ proqramların hazırlanması və s. həllər tərəfimizdən tətbiq olunur.