Milli internet Mükafatı – Milli Net 2017 başladı. Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.

İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz saytlarını, mobil tətbiqlərini və sosial media resurslarını təqdim edə bilərlər.


Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 20 noyabr tarixdə başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin  dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BestComp ,  LENOVO və NEURON şirkətləri dəstək verir.


Geniş məlumat : www.millinet.az