NakhITSolutions Naxçıvan MR-də fəaliyyət göstərən, İnformasiya Texnologiyaları xidmətləri və həlləri təqdim edən ilk peşəkar komandadır. Veb saytların hazırlanması, proqram təminatının yazılması, İT infrastrukturunun qurulması və digər innovativ İT həllərinin tətbiqi ilə məşğul olan komandamız özəl və dövlət müəssisələrində, həmçinin şəxsi biznes sahəsində proqram və texniki həllərin tətbiqi və təkmilləşdirilməsi xidmətlərini prioritet istiqamət kimi müəyyən etmişdir.

Komandanın keyfiyyət göstəricisi sertifikatlaşmaya əsaslanan, yüksək ixtisaslı mütəxəssislər komandasının olmasıdır.

Missiyamız – Müasir İT həlləri tətbiq etməklə istər özəl istərsə də dövlət müəssisələrinin iş prosesini mükəmməlləşdirməkdir.

Məqsədimiz  Qısa müddətdə, öndə gedən İT şirkətinə çevrilməkdir.